Sarkisyanın mühafizəsi gücləndirilib “Joxovurd”

Sarkisyanın mühafizəsi gücləndirilib “Joxovurd”

Ermənistan prezidenti Serj Sarkisyanın mühafizəsi son vaxtlar daha da gücləndirilib. SİA-nın məlumatına görə, bu barədə "Joxovurd" nəşri yazıb. Nəşr qeyd edib ki, Sarkisyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə, həmçinin Ermənistanın uzaq bölgələrinə helikopterlə səfər edir və onu havadan daha iki döyüş helikopteri müşayiət edir.

"Nork-Maraşda silahlı qrupların zərərsizləşdirilməsini nəzərə alsaq bu, təsadüfi deyil. Həmin vaxt qumbaraatanlar da aşkar edilmişdi. Həmçinin, bu yaxınlarda Qarabağdakı separatçı rejimin sabiq "müdafiə naziri" Samvel Babayan "İqla" tipli portativ zenit-raket kompleksi qaçaqmalçılığı üzrə cinayət işi çərçivəsində həbs edildi", deyə nəşr yazıb.

Serj Sarkisyanın Mühafizə Xidmətinin rəisi Qraç Arutyunyan isə bildirib ki, bunun Babayanın həbsi ilə heç bir əlaqəsi yoxdur və standart təhlükəsizlik tədbirləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə