Azərbaycan Milli Məclisinin 2016-ci ildə sonuncu plenar iclası başa çatıb. SİA-məlumatına görə, spiker Oqtay Əsədov sessiyanı bağlı elan edib
MM sədri payız sessiyası dövründə Milli Məclisin məhsuldar fəaliyyət göstərdiyini bildirib.
Onun sözlərinə görə, payız sessiyası dövründə 195 qanun və qərar qəbul edilib. Milli Məclisin üzvləri dünyanın 24 ölkəsinə 50-dən çox səfər edib: "Millət vəkilləri bir çox ölkələrdə parlament və prezident seçkilərini də izləyib".
Spiker parlament adından Azərbaycan xalqını və prezident İlham Əliyevi qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib.
Sessiya dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, Milli Məclisin bu günkü iclasda 25 məsələ müzakirə olunaraq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB