"Yaxın 6 ayda Azərbaycan bir neçə rayonu işğaldan azad edə bilər" RƏY

"Yaxın 6 ayda Azərbaycan bir neçə rayonu işğaldan azad edə bilər" RƏY

"Sarkisyan sərsəm bəyanatlar səsləndirməklə xalqını növbəti dəfə aldatmaq və özünü sıortalamaq istəyir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfərindən sonra "Danışıqlarbitdi ordu, əhali çətin dövrə hazır olmalıdır" bəyanatına münasibət bildirərkən deyib.

Ermənistanın müharibə etmək gücü olmadığnı dilə gətirən C. Nuriyev qeyd edib ki, Ermənistan ordusu hazırki vəziyyətdə heç zaman ordumuzun gücü qarşısında dayana bilməz: "Əgər Ermənistan elə düşünür ki, Rusiya ilə bağladığı müqavilə əsasında birgə ordudan istifadə edəcək. O da mümkün deyil. Çünki KTMT-nın 7-ci maddəsi buna imkan vermir. Rusiya o vaxt Azərbaycana qarşı vuruşa bilər ki, ölkəmiz Ermənistan ərazisinə müdaxilə etsin. Bundan başqa ABŞ-ın yeni prezidenti Donald Tramp da ermənilərdən əlini çəkib. Bu baxımdan düşmən ölkə hazırda ajiotajdadır. Bu baxımdan düşünürəm ki, Sarkisyanın bu cür sayıqlamaları yenə olacaq".

C.Nuriyevin sözlərinə görə, düşmən ölkənin bu cür bəyanatlar səsləndirməsi onun qorxaqlığından irəli gəlir: "Qorxaq it hürəyən olar. Hazırda Sarkisyanın səsləndirdiyi bəyanatlar onun bu statusda olduğunu sübut edir. Bu yolu seçənlər zəif olanlardır. Ermənistan çox yaxşı bilir ki Azərbaycanın prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün iradəsini ortaya qoyub və problemin həlli məsələsi gündəmdədir. ABŞ-ın biganə mövqeyi, Rusiyanın problemi həll etmək istəyi, Fransanın yeni seçkilərə başı qarışması, Avropa Birliyində çatın yaranması, eləcə də qonşu ölkənin Krımdan sonra imicini bərpa etmək istəyi, Türkiyənin birmənalı şəkildə münaqişənin həlli üzərinə getməsi yaxın vaxtlarda Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyini vəd edir. Yaxın 6 ayda Azərbaycan ən azı bir neçə rayonu işğaldan azad edə bilər. Ermənistan da bilir ki, bütün istiqamətlər Azərbaycanın xeyrinə dəyişir. Ona görə də Ermənistan rəhbərliyi müəyyən bəyanatlar verməklə xalqını sakitləşdirməyə çalışır. Bütün bunlar boş addımlardır".

"Hazırda Rusiya -Türkiyə yaxınlaşması, eləcə də Türkiyənin Azərbaycanı bir faktor kimi önə çəkməsi Ermənistanı çox narahat edir.

Bütün xəbərlər Facebook səhifəmizdə