Tramp: “Yeni administrasiya ABŞ tarixinin ən yaxşısı olacaq” BƏYANATLAR

Tramp: “Yeni administrasiya ABŞ tarixinin ən yaxşısı olacaq” BƏYANATLAR

"Amerikanın yeni administrasiyası Birləşmiş Ştatların tarixində ən yaxşısı olacaq". SİA xəbər verir ki, bu sözləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçicləri ilə keçirdiyi görüşündə bəyan edib.

"Hesab edirəm ki, biz ölkəmizin tarixində heç vaxt olmamış əsrarəngiz nazirlər kabinetinin yaradılması prosesindəyik"-deyə Tramp Ayova ştatındakı mitinqdə bildirib. Belə ki, Tramp prezident seçkilərində ona səs vermi. Seçicilərinə təşəkkür etmək məqsədi ilə ölkədaxili turneyə çıxıb

O,qeyd edib ki, rəhbərlik postlarına namizədlər onlara təklif edilmiş işin mahiyyətini çox gözəl dərk edirlər. O, həmin adamları öz şlərinin öhdəsindən məharətlə gələ biləcək ağıllı insanlar adlandırıb.

Tramp bu sözlərini KİV-lər və Demokratlar partiyasının üzvləri tərəfindən tərəfindən ona qarşı irəli sürdükləri ittihamlara cavab olaraq deyib. Belə ki, prezidenti ittiham edənlər onu ittiham edərək deyirlər ki, Trampın təyin edəcəyi insanlar arasında Amerikanın nəhəng biznes sahələrinin nümayəndələri və istefaya getmiş hərbçilər kifayət qədər çoxdur.

Mitinqin gedişində Tramp Ayovanın qubernatoru, ABŞ-ın Çinə səfir təyin ediləcəyi ehtimal edilən Terro Brenstedi səhnəyə dəvət edib. Belə ki, qubernatorun Çin Xalq Respublikasının baş katibi Si Tzinpinlə şəxsi tanışlığı var. "Bizim münasibətlərimizin yaxşılaşdırılması sırasında olan ölkələrdən biri də Çindir".-deyə seçilmiş prezident bəyan edib.

Xatırladaq ki, Trampın Tayvanın rəhbəri Tsay İnvenlə telefon danışığından sonra rəsmi Pekin onu ittiham etmişdi.

Qeyd edək ki, Tarampın rəsmən prezident kürsüsündə oturmasından sonra fəaliyyət göstərəcək ABŞ hökumətinin yalnız yarısı təyin olunub. Lakin nazir postları Amerika konqresinin senatı tərəfindən təsdiq edilməlidir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə