Aİ Şurası 2017-ci ilin büdcəsini təsdiqləyib

Aİ Şurası 2017-ci ilin büdcəsini təsdiqləyib

Avropa İttifaqı Şurası qurumun 2017-ci il üçün büdcəsini təsdiq edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, gələn il Aİ-nin büdcəsi 157,86 milyard dollar təşkil edəcək. Bu, 2016-cı illə müqayisədə 1,6 faiz azdır. Aİ gələn il miqrant böhranının həllinə 6 milyard avro, iqtisadi inkişaf və investisiyaların stumullaşırılmasına 21,3 strateji investsiyalara isə 2,7 milyard avro ayırıb. Büdcə dekabrın 1-də Avropa Parlamenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə