Rüstəm Usubov: "Bəzi ünsürlərə qarşı mübarizə aparırıq"

Rüstəm Usubov: "Bəzi ünsürlərə qarşı mübarizə aparırıq"

"Bu gün Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli inkişaf edir. Azərbaycan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyası ilə yaxından əməkdaşlıq edir və şikayətlərə, müraciətlərə baxır". SİA-nın məlumatına görə, bunu bugün Mərkəzi Seçki Komissiyasında (MSK) keçirilən seminar-müşavirənin açılışında "Referendumda iştirak hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu" mövzusunda çıxışı zamanı Baş prokurorun müavini Rüstəm Usubov deyib.

2008-ci ilin Prezident seçkilərində prokurorluğa heç bir müraciət daxil olmayıb. Bu gün müraciətlərə baxılmasında müsbət dinamik müşahidə olunur. Artıq 10-15 ilin dinamikası göz önündədir. İnanırıq ki, sentyabrın 26-da keçiriləcək Referendum da yüksək əhval-ruhiyyə şəraitində keçəcək. Amma təəssüf ki, bəzi ünsürlər seçki prosesinin keçirilməsinə mane olmaq istəyirlər. Onlar küçələrdə "seçkilərə yox" şüarı altında plakatlar paylayırlar. Amma bizlər hüquq-mühafizə orqanları, polis əməkdaşları ilə birlikdə mübarizə aparırıq. Çalışırıq ki, seçkilər ərəfəsində bu kimi neqativ hallara yol verilməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə