Bugünlərdə Ermənistan mətbuatının baş redkatorları jurnalistlərə qarşı zorakılıqlara qarşı imzatoplama kampaniyasına başlayıblar. SİA xəbər verir ki, bu barədə 1in.am saytı məlumat yayıb. Məlumata görə, imzatoplama kampaniyası KİV rəhbərlərinin təşkilatçılığı ilə İrəvanın "Azadlıq" meydanında keçirilir. Maraqlıdır ki, imzatoplama kampaniyasında İrəvan polisinin ictimaiyyətlə əlaqələr üzrə idarəsinin rəisi Aşot Aqaronyan da qoşulub. Lakin redkatorların qərarı ilə onun imzası sonradan siyahıdan çıxarılıb.
Adəçəkilən media qurumu ilə söhbətində polisin sözügedən addımına münasibət bildirən hüquq müdafiəşisi Vardan Arutunyan deyib ki, bu, birinci hal deyil. Belə ki, bu ilin 1 mart tarixində polis həmin hadisələr zamanı həlak olmuş insanların məzarları üzərinə əklil dəstəsi qoyub: "Bu, qəbulolunan addımdır, onlar zaman-zaman bu kimi addımları ilə demək istəyirlər ki, belə hadisələrdə iştirakları olmayıb. Bu iki halı göstərə bilər: birincisi – polis burada şəxsi mövqeyini ortaya qoyur, ikincisi isə onlar belə vasitəylə düzəlmək istədiklərini nümayiş etdirirlər ki, bu da inandırıcı görünmür. Çünki dövlət onlara bu imkanı vermir. İmkan verilmir ki, polis ictimaiyyətin müdafiəçisi olsun. Polislər öz funksiyalarını icra etmirlər, onlar hakimiyyəti müdafiə edən jandarmadırlar".
Hüquq müdafiəçisi deyib ki, özünə hörmət edən normal ölkələrdə siyasi məhbuslar olmur: "Beynəlxalq görüşlər zamanı müxtəlif diplomatik strukturlar hakimiyyətə siyasi məhbuslar barədə xatırlatmalar etməklə yaaşı, bildirirlər ki, bu problemi həll etmək lazımdır. Siyasi-ictimai xadimləri ona görə tutublar ki, onlar polislə danışıqlar aparıb hadisələrin koordinasiyasına çalışıblar, ictimai asayişin pozulmaması üçün səy göstəriblər, amma siyasi düşüncıəyə görə həbs ediliblər. Bundan əlavə, həbsxanalara sadəcə aksiyalarda iştirak edən şəxslər atılıblar. Əgər hakimiyyət onların işlərini məhkəməyə verərsə, bu sadəcə gülməli görünəcək. Allaha şükür ki, avropa məhkəməsi var və onda hər şey köpük kimi partlayar, bumeranq kimi hakimiyyətin üzərinə qayıdar".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB