Milli Məclin növbədənkənar sessiyasının sonuncu iclasında qarşıdurma olub. SİA-nın xəbərinə görə, Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirəsi zamanı çıxış edən millət vəkili Zahid Oruc isə deyib ki, Britaniyada Avropa Birliyindən çıxmaq xətti qalib gəldi: "Fikrimcə, Devid Kameron istefa verə bilər. Avropa Birliyinin gələcəyi sual altına düşür. Bu iqtisadi bazarlara təsir edəcək. Artıq bu gundən fund strerlinq 1.35-ə düşüb. Eləcədə avro dollar qarşısında zəifləməkdə davam edir. Odur ki, taksi-fri siyasətinə diqqətlə yanaşmaq lazımdır".
Buna cavab olaraq Spiker Oqtay Əsədov bildirib ki, taksi-fri dünyanın 130 ölkəsində işləyir: "Azərbaycan bura qoşulmaqla 131-ci ölkə olacaq. Bunun Avropa Birliyinə nə dəxli var axı?".
Spiker Oqtay Əsədovun bu fikirləri Zahid Orucun etirazına səbəb olub
Deputat yerdən spikerə etiraz edərkən qarşıdurma yaranıb.
Spiker Zahid Orucu sakit olmağa dəvət edib: "Siz danışdınız, mən də sizə qulaq asdım və izahat verirəm. Xahiş edirəm yerindən danışma. Otur yerində. Sakit ol. Səviyyəni gördük".
Daha sonra çıxış edən Siyavuş Novruzov tərəfləri sakitliyə dəvət edib. O bildirib ki, spiker istənilən məsələ ilə bağlı fikrini demək hüququna malikdir: "Parlamenti əvvəlki vəziyətinə qaytarmayaq. Hər kəs bir-birinə hörmətlə yanaşmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB