Millət vəkili: “Zərifə Əliyeva hər kəsə nümunə olacaq şəxslərdəndir" MÜNASİBƏT

"93 il bundan öncə dünyaya göz açan Zərifə xanım Əliyeva bu gün bütün Azərbaycan qadınlarına, qızlarına etalon sayılır". Bu fikirləri SİA-ya millət vəkili Kamilə Əliyeva görkəmli alim, oftalmoloq Zərifə xanım Əliyeva ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, həyatda elə şəxslər var ki, onlar uzun illər keçsə də yaddan çıxmır, unudulmur: "Akademik Zərifə Əliyeva da belə insanlardan biridir. O, yaşadığı dövr ərzində müsbət mənada böyük iz qoyub. Zərifə Əliyeva alim olmaqla yanaşı, peşəkar həkim olub".

Onun tibbi elminə verdiyi töhfələrdən danışan millət vəkili söyləyib ki, Zərifə xanım Əliyeva oftalmologiya elmində traxoma xəstəliyinin müalicəsini tapmaqla bu xəstəlikdən əziyyət çəkən insanlara şəfa bəxş edib, gözlərinə nur vermişdi. O dövrdə bir qadın olaraq bütün sahələrdə uğur qazanmaq asan iş deyildi. Zərifə xanım Əliyeva uzun illərini və böyük əmək sərf etməklə tibb sahəsində yeniliklərə nail ola bilmişdi. O, uzun illik fəaliyyəti nəticəsində akademik səviyyəsinə qədər qalxmışdı. Bu, bir qadın üçün çox böyük uğur idi. Zərifə xanım Əliyeva bütün sahələrdə özünü doğrultmuş, hər kəsə nümunə olacaq şəxslərdən biri olub".

Görkəmli akademikin ailədə qayğıkeş, mehriban ana olduğunu dilə gətirən K.Əliyeva söyləyib ki, Zərifə xanım Əliyeva sadiq həyat yoldaşı olmaqla yanaşı, həm də vəfalı dost olub: "O, insanlara olan münasibəti, xeyirxahlığı, qayğıkeşliyi ilə digərlərindən fərqlənib. Zərifə Əliyeva Ulu Öndər Heydər Əliyeva sadiq həyat yoldaşı olmaqla yanaşı, onun silahdaşı olub. Akademik ideal ailə yaradaraq, gözəl övladlar böyüdüb. Bu ailə hazırda bütün Azərbaycan ailələri üçün nümunədir. Bir sözlə Zərifə xanım Əliyeva insanların yaddaşında yalnız xoş təəssüratlarla qalıb və bu xatirələr uzun illər keçsə də unudulmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...