Letizia Moratti: "Ən böyük problem gənclər arasında məşğulluğun az olmasıdır"

BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7 -ci Qlobal forumunda son panel işə başlayıb. SİA-nın xəbərinə görə, paneldə çıxış edən San Patrignano Cəmiyyətin qurucusu və nümayəndəsi Letizia Moratti forumun yüksək səviyyədə təşkilatçılığına görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib: "Bakıda təşkil olunan forum bir sıra problemlərin müzakirəyə çıxarılması üçün mühüm platformadır".

"Əsas problemlərdən biri miqrantlarla bağlıdır. Təbii ki, iki günlük müzakirə problemlərin həlli üçün kifayət etmir. İnkişaf etmiş ölkələrdə inklüziv cəmiyyəti qlobal problemdir. Hansı cəmiyyətdə yaşamağımızdan asılı olmayaraq, istənilən cəmiyyətdə bu cür problemlə üzləşirik. Ən böyük problem gənclər arasında məşğulluğun az olmasıdır. Sosial narahatçılıq gənclərin əsas problemlərindən sayılır. Terror hadisələri son bir neçə ildə getdikcə artır. Bu problemin aktuallığına baxdıqda onun sosial tərkibi, inteqral hissəsində həm dini, həm də digər problemləri görə bilərik. Bir çox ölkələrdə Afrika, Yaxın Şərq, eləcə də Cənubi Avropa ölkələrində miqrasiya problemi artır. Burada müharibə ilə yanaşı aclıq və safələtin də böyük rol oynadığını görürük. Biz miqrantların üzləşdiyi problemləri aradan qaldırmağa çalışmalıyıq. İnkişaf edən ölkələrdə problemlər demək olar ki, oxşardır. Çox güman ki, bəzi problemlər daha kəskin hal alıb. Bəzi ölkələrdə ölüm faizi artıb. Gənclərin təcridolunması halları artır ki, bu da nəticə etibarilə onların cinayət dəstələrinə qoşulmalarına şərait yaradır. Burada gender problemi də mühüm rol oynayır.

Miqrasiyanın qarşısını tədris təhsil sitemini inkişaf etdirməklə almaq olar. Ümumiyyətlə inklüziv cəmiyyətin formalaşması üçün təhsil mühüm rol oynaya bilər. Cəmiyyətdə özünəinamlılıq artırılmalıdır. Reabilitasiya mərkəzləri də bu məsələdə mühüm rola malik ola bilər. Əgər biz inklüziv cəmiyyət qurmaq istəyiriksə, fundamental insan hüquqları məsələsini aşılamalı, fərqli dinlərin nümayəndələrinə qapımızı açmalıyıq. Heç bir nüvə silahı narkotikdən güclü ola bilməz. Narkotik gənclərin doğru düzgün inkişafına mane olan, onların həyatını məhv edən gizli və güclü düşməndir. Bunun qarşısını almalı, gənclərə düzgün təhsil verib onların gələcək inkişafları üçün yardımçı olmalıyıq. Biz inanırıq ki, gördüyümüz işlər BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Proqramına uyğundur".

Bütün xəbərlər Facebook səhifəmizdə