Elmar Məmmədyarov: "Ekstremizmə qarşı mübarizə aparmaq üçün dayanıqlı inkişaf olmalıdır"

"Dünyadakı həll edilməmiş münaqişələr ekstremizm üçün şərait yaradır". SİA-nın məlumatına görə, bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən BMT-nin 7-ci qlobal Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, zorakı ekstremizmə qarşı Beynəlxalq səviyyədə sənədin qəbul edilməsi, ona əməl olunması binanın bünövrəsinin qoyulmasına bənzəyir: "Hesab edirəm ki, biz zorakı ekstremizmə qarşı birləşməli və əməkdaşlıq etməliyik. İƏT bu yaxınlarda İstanbulda keçirdiyi sammitdə ektremizmə qarşı qətiyyətli şəkildə birmənalı çıxış etdi, müfəssəl konsepsiya ortaya qoydu. Hesab edirəm ki, ekstremizmə qarşı mübarizə aparmaq üçün dayanıqlı inkişaf olmalıdır. Sosial tərəqqi, gender bərabərliyi olmasa mübazirə apara bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə