"ATƏT-in Azərbaycana müşahidəçi göndərməməsinə heç bir əsas yox idi"

Bu fikir İsrail nümayəndələrinin keçirdikləri mətbuat konfransında səsləndirilib

ATƏT-in Azərbaycana müşahidə missiyası göndərməməsinə heç bir əsas yox idi. Hər gün insan hüquqlarının pozulduğu bir çox ölkələr var. Azərbaycan isə demokratik ölkədir. Buna görə də bu münasibət bir daha ikili standartlardan xəbər verir. SİA-nın məlumatına görə, bu fikir parlament seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan İsrail nümayəndə heyətinin noyabrın 2-də "Seçkilər" Media Mərkəzində keçirilən mətbuat konfransında səslənib.

İsrailin keçmiş xarici işlər naziri, "Naş dom İsrail" partiyasının lideri, tanınmış siyasətçi Aviqdor Liberman paytaxt Bakıda bir çox seçki məntəqələrinə baş çəkdiklərini, burada təşkilatçılığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

"Azərbaycanda parlament seçkiləri demokratik şəraitdə keçirildi. Ölkə gənc olmasına baxmayaraq, bu sahədə bir çox dövlətlərə nümunə göstərdi. Bir çox ölkələrdə keçirilən seçkilərdə müşahidəçi olmuşam. Seçici fəallığı, seçki mədəniyyəti, yaradılan yüksək şərait müşahidələrin ilk dəqiqələrindən hiss olunurdu. Azərbaycanda seçkilərin azad, demokratik, şəffaf şəraitdə, beynəlxalq normalar çərçivəsində keçdiyinin şahidi olduq", - deyə Aviqdor Liberman bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə