Müşahidəçilərin seçki təəssüratları SORĞU

Müşahidəçilərin seçki təəssüratları SORĞU

ABŞ Konqresinin sabiq üzvləri, Texas və Kaliforniya ştatlarını təmsil edən Solomon Ortiz, Joe Baca da V çağırış Milli Məclisə seçkilərdə müşahidəçi kimi iştirak ediblər. Onlar seçkinin gedişi ilə bağlı təəssüratlarını Seçki-2015.az saytına bildiriblər.

Solomon Ortiz: "Biz bu gün 12 seçki məntəqəsində olmuşuq. İnsanlarınız çox mehribandır. Onlar bizimlə ünsiyyətdə olur, bizi seçki məntəqələri ilə yaxından tanış edirlər. Seçki məntəqlərində bir tərəfdə müşahidəçilər əyləşir, digər tərəfdə müxtəlif partiyaları təmsil edən şəxslər prosesi müstəqil şəkildə izləyirlər".

Joe Baca: "insanlarını seçki prosesində fəallıq nümayiş etdirirlər. Onlar Azərbaycan üçün vacib olan bu prosesdə iştirak etmələrənin əhəmiyyətini anlayırlar. Digər gözəl məqam ondan ibarətdir ki, bəzi valideynlər öz övladları ilə seçki məntəqələrinə gəlir. Bu, uşaqlara seçkinin əhəmiyyətini anlatmaq üçün gözəl nümunədir. Həmçinin seçkinin bazar günü keçirilməsi daha çox insanın iştirak etməsinə şərait yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə