01 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədar 10 oktyabr 2015-ci il tarixdən Yeni Azərbaycan Partiyasının 67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairələrindən deputatlığa namizədlərinin təbliğat-təşviqat və namizədlərin seçicilərlə seçkiqabağı görüşlərinəstart verilmişdir.
Belə ki, Yeni Azərbaycan Partiyasının 67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa namizədi Həsənov Malik Əvəz oğlunun qeydə alındığı 67 saylı Cəlilabad şəhər seçki dairəsinin əhatə etdiyi və rayonun böyük yaşayış məntəqələri olan Hamaraqışlaq, Seyidbazar, Zopun və Astanlı ərazisindəki seçicilərlə təbliğat-təşviqat kampaniysı çərcivəsində görüşləri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının sədri, partiyanın seçki qərargahının Cəlilabad şöbəsinin sədri Mirsüleyman Mirxaslı noyabrın 01-də Milli Məclisə keçiriləcək seçkilər və bu seçkilərə hazırlığın gedişi vəziyyəti barədə seçicilərə ətraflı məlumat vermiş, ölkə prezidenti cənab İlham Əliyevin gərgin əməyi sayəsində ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, dünyada gedən iqtisadi böhrana baxmayaraq ölkəmizin sabit və davamlı iqtisadi inkişafının təmin edilməsi, ölkənin beynəlxalq nüfuzunun, müdafiə qüdrətinin artması, Dağlıq Qarabağ probleminin həlli istiqamətində intensiv iş aparılması məsələlərini seçicilərin diqqətinə çatdırmışdır. O, sözünə davam edərək bildirmişdir ki, Yeni Azərbaycan Partiyası 67 saylı Cəlilabad şəhər seçki dairəsindən hazırda Milli Məclisin Deputatı Həsənov Malik Əvəz oğlunun namizədliyini yenidən irəli sürmüşdür.
M.Mirxaslı deputatlığa namizəd Malik Həsənovun haqqında seçicilərə ətraflı məlumat vermişdir. O, həmçinin Yeni Azərbaycan Partiyasının ölkəmizdə aparıcı siyasi qüvvəyə və ümumixalq partiyasına çevrildiyini, xalq tərəfindən birmənalı şəkildə dəsdəkləndiyini xüsusi vurğulamış, noyabrın 01-də keçiriləcək parlament seçkilərində seçicilərin YAP-ın deputatlığa namizədi Malik Həsənova yekdilliklə səs verəcəklərinə əminliyini bildirmiş, seçki günü seçiciləri seçkilərdə fəal iştirak etməyə və partiyanın namizədi Həsənov Malik Əvəz oğluna səs verməyə çağırmışdır.
Tədbirdə həmçinin partiyanın seçki qərargahı rayon şöbəsinin üzvü, YAP rayon təşkilatının şura üzvü Cahangir Muradov çıxış etmiş, Millət Vəkili və deputatlığa namizəd Həsənov Malik Əvəz oğlunun həyat və fəaliyyəti, habelə onun Milli Məclisdə qəbul olunan qanunların hazırlanmasında və müzakirəsində fəal iştirakı barədə ətraflı məlumat vermiş seçkilər günü seçicilərin mütəşəkkilliynin və siyasi fəallığının vacibliyini vurğulamış, əmin olduğunun bildirmişdir ki, 01 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkilərində seçicilərimiz partiyamızın namizədi Həsənov Malik Əvəz oğluna yekdilliklə səs verəcəklər.
Keçirilən görüşlərdə Hamaraqışlaq kəndindən olan seçicilərdən təhsil işçiləri Əlizamin Quliyev, Mübariz Tağıyev, Ramiz Bəhrəmov, tibb işçisi Zabil Kərimov, kənd ağsaqqalı Malik Nəzərov, Seyidbazar kəndinin seçicilərindən Mədəniyyət işçisi Zakir Rəsulov, Təhsil işçiləri Bəhmən Ağayev, Mircamal Ağayev, Sahibkar İsmayıl İsmayılov, Təqüdçü Rəhman Məmmədov, Zopun kəndindən olan seçicilərdən Şəhid
atası Adışırın Dadaşov, təqaüdçülərdən Əliağa Əliyev və Rəşid Əkbərov, təhsil işçiləri Nüşabə Rəsulova və Əhmədalı Əhmədov, Astanlı kəndinin seçicilərindən rabitə işçisi Əliverdi Muradov, Tibb işçisi Ataxan Mənsimov, bələdiyyə üzvü Mirzəxan Nağıyev, təqaüdçülər Əliməmməd Qürbətov və Azad Mirzəyev və başqaları çıxışlarında Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini və seçkilər günü seçici olan ailə üzvləri ilə birlikdə məhz partiyanın namizədi Malik Həsənova səs verəcəklərini bildirmişlər.
Seçicilərlə keçirilən görüşlərdə çıxış edən deputatlığa namizəd Malik Həsənov onun deputatlığa namizədliyini təkrar irəli sürmüş Yeni Azərbaycan Partiyasının rəhbərliyinə minnətdarlığını bildirmiş, bundan sonra da həm partiyanın, həm də seçicilərin etimadını doğrultmaq üçün ciddi səy göstərəcəyini qeyd etmiş, noyabrın 01-də keçiriləcək seçkilərdə seçiciləri fəal olmağa və ona səs verməyə çağırmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB