Əli Pənahov: "Partiyamızın rəhbərliyi gənclərə böyük etimad göstərir"

Əli Pənahov: "Partiyamızın rəhbərliyi gənclərə böyük etimad göstərir"

"Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır. Noyabrın 1-də keçirilən parlament seçkilərində partiyamızın möhtəşəm qələbə qazanacağı şübhəsizdir". Bu fikirləri SİA-ya YAP Gənclər Birliyinin sədr müavini-ofisinin rəhbəri Əli Pənahov deyib. O bildirib ki, yarandığı vaxtdan bütün seçkilərdə qələbə qazanan partiya növbəti parlament seçkilərində də böyük uğur əldə edəcək.

Onun sözlərinə görə, uğurlu seçki kampaniyası aparan YAP-ın güclü resurslarından biri yüzminlərlə üzvünün və fədakar partiya fəallarının olmasıdır: "Təbii ki, partiyamızın rəhbərliyi hər zaman gənclərə də böyük etimad göstərir. YAP-ın sıralarında 250 mindən çox gənc birləşib və onların əksəriyyəti fəal gənclərdir. Bütün seçkilərdə partiyamız gənclərimizin potensialından səmərəli istifadə edir. Budəfəki seçkilərdə də belədir. Belə ki, gənclərimiz namizədlərin imzatoplama prosesində fəal iştirak edib, dairə və seçki məntəqələrinə müşahidəçi və məşvərətçi təyin olunublar. Ümumiyyətlə, yüzlərlə fəal gənc partiyamızın Mərkəzi Seçki Qərargahının rayon təşkilatlarının işinə cəlb olunublar. Seçki kampaniyasının təbliğat prosesdə də gənclərimiz aktiv iştirak edəcək. Hesab edirəm ki, bütün bunlar partiya rəhbərliyinin biz gənclərə göstərdiyi böyük etimaddır. Çalışacağıq ki, bu etimadı layiqincə doğruldaq".

Bütün xəbərlər Facebook səhifəmizdə