Məlum olduğu kimi, iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirəsi keçirilib. Müşavirədə Prezident İlham Əliyev bir sıra məsələlərə toxunub, İlk Avropa Oyunları öncəsi Avropa Parlamentinin, Almaniya Bundestaqının qərəzli münasibətlərinə və xarici qüvvələrin Azərbaycanda "beşinci kolon"un qalıqlarının himayədarları ilə birləşib ölkəmizə qarşı hücüma keçmələrinə sərt mövqeni ifadə edib. Söhbət etdiyimiz müsahiblərimiz müşavirədə Prezident İlham Əliyevin Azərbaycana qarşı qərəzli yanaşma nümayiş etdirən qüvvələrlə bağlı səsləndirdiyi sərt fikirlərini reallıqların dilə gətirilməsi kimi dəyərləndirdilər.
Millət vəkili Fazil Mustafa: "Cənab Prezident İlham Əliyev çox real bir mövzuya toxunub"
- Cənab Prezident İlham Əliyev çox real bir mövzuya toxunub. Bu mövzuda da əsas məsələ odur ki, Azərbaycana qarşı təzyiqlərin müəyyən dərəcədə güclənməsi və əsassızlığı diqqətə çatdırılıb. Hər kəsə ölkəmizə qarşı qərəzli münasibətin bir kampaniya xarakteri daşıdığını və erməni lobbisinin dəstəyi ilə həyata keçirildiyi bəllidir. Bu şəxslər əgər belə bir tədbir keçirməyi planlaşdırırlarsa necə olur ki, hamsı İlk Avropa Oyunlarının keçirilməsi vaxtına düşür? Demək olar ki, hamısı bir-biri ilə danışılmış şəkildə Azərbaycan təzyiq edir. Amma işğalçı ölkə olan Ermənistana hansısa təzyiqin edilməsini görmürük. Belə bir vəziyyətdə xüsusilə Bundestaqla bağlı yanaşması doğrudur. Almaniya ayrıca bir dövlətdir. Bizə ağıl öyrətmək istəyirsinizsə gəlin onda biz sizə onun yolunu deyək. Gəlin torpaqmızın erməni işğalından azad edilməsinə dəstək verin. Əgər başqa cür danışmaq istəyirsinizsə Azərbaycan müstəqil bir dövlətdir. Heç bir dövlət öz suverenliyini kiməsə həvalə etməyib. Bu baxımdan da, məsələlərin bu qədər çılpaq şəkildə dilə gətirilməsi uyğun bir zamandan gəlib. Hesab edirəm ki, bunlar artıq Azərbaycanın dirənişini, müstəqil dövlət kimi özü özünü qoruduğunu görməlidirlər. Cənab Prezidentin çıxışıda buna işarə idi.
BMAM-nin rəhbəri Rufiz Qonaqov: "Bu Prezident İlham Əliyevin haqlı olaraq Qərbə etirazı idi"
- Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində keçirdiyi müşavirədə Qərbin və Avropanın bir sıra strukturlarının Azərbaycana qarşı qərəzli mövqeyi və Almaniya Bundestaqının qəbul etdiyi qətnamə eyni zamanda, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrlə bağlı çox sərt bir bəyanat verdi. Bu Prezidenti İlham Əliyevin haqlı olaraq Qərbə etirazı idi. Çünki həqiqətən də Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsi ilə bağlı Avropa ölkələrinin Olimpiya Komitələri qərar vermişdi. Amma sonradan ölkəmizə qarşı qarayaxama kampaniyasına start verildi. Bu isə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi ikili standartlardır. Bu gün Azərbaycan müsəlman ölkəsi olaraq dünyada və regionda inkişaf etməkdə olan bir ölkədir. Azərbaycan dövlətinin iqtisadi qüdrəti ona imkan verir ki, dünya siyasi məslələri ilə bağlı öz iddiarımızı diqtə edək. Sözsüz ki, Azərbaycanın müstəqil siyasət yürütməsi və eyni zamanda, güclənməsi həmin Avropa strukturlarını, xüsusilə erməni diasporunun təzyiq altında olan qurumları və bəzi Qərb ölkələrini narahat edir. Bu baxımdan, Prezident İlham Əliyevin Qərbə ünvanlanan bu etiraz bəyanatı və mesajı çox haqlıdır.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB