"Dövlət qulluğuna qəbulda yeni Azərbaycan modeli yaradılıb". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri Bəhram Xəlilov deyib.
Onun sözlərinə görə, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının dövlət qulluğu ilə bağlı keçirdiyi müsabiqələr tam şəffaf və obyektiv keçirilir: "Əvvəllər bir çox problemlər var idi, lakin onları da tədricən aradan qaldırmışıq. Dövlət qulluğuna qəbulda yeni Azərbaycan modeli yaradılıb. Yeni modeldə bir çox ölkələrin təcrübəsini öyrənmişik. Azərbaycana uyğun olan bir sıra yenilikləri bura daxil etmişik. Dövlət qulluğuna qəbulda vətəndaşların bilikləri, şəxsi keyfiyyətləri, xüsusi bacarıqlarını nəzər almaqla obyektiv və tam şəffaf qəbul prosesi həyata keçirilir. Burada heç bir meyar nəzərə alınmır. Müsahibə komissiyalarına isə müstəqil ekspertlər daxil etmişik".
Qurum rəsmisi bildirib ki, ekspertlərin tərkibində xüsusilə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri var: "Onlar da şəxsən vətəndaşların vakant dövlət qulluğu vəzifəsinə uyğun olub-olmaması məsələsinə qərar verirlər. Biz müsahibələrin video çəkilişini də aparırıq. Bütün çəkilişlər isə arxivimizdə saxlanılır. Müsahibəni insanlar apardığından subyektiv məqamlar var. Həmin çəkilişlər sonradan bizə imkan verir ki, bu məsələdə obyektivliyi tam təmin edə bilək. Problem yarananda isə biz həmin çəkilişlərin əsasında araşdırmalar aparırıq. Müsabiqələri çalışırıq ki, tam elektronlaşdıraq. 5 ilə yaxındır ki, test imtahanları kompüter vasitəsi ilə aparılır. Rəsmi internet səhifəmizdə bütün müsabiqə ilə bağlı, o cümlədən test bazasının, sualların mənbələri, müsahibə üçün proqramlar yerləşdirilib"
B.Xəlilov müsahibə mərhələsində komissiya üzvlərinin namizədlərə qərəzli münasibət göstərməsi ilə bağlı deyilən fikirlərə də aydınlıq gətirib: "Bizdə Apellyasiya Komissiyası fəaliyyət göstərir. Vətəndaş ora müraciət edə bilər. Əfsus ki, heç kim müraciət etmir. Çünki bilirlər ki, onların şikayətləri əsassızdır. Apellyasiya Komissiyası bu məsələləri çox ciddi şəkildə araşdırır. Video çəkilişin stenoqramı təşkil olunur və ekspertlər dəvət edilir. Hansı sualların düzgün və ya səhv cavablandırılması qiymətləndirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



