ABŞ-a məxsus "Ross" minadaşıyan gəmisi Ukrayna hərbi freqatına məxsus "Getman Saqaydaçnıy" gəmisi ilə birgə Qara dənizin neytral sylarında 2 günlük müştərək hərbi təlimlərə start verib. SİA "irtar-tass"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın hərbi hava qvvələrinin mətbuat xidməti məlumat yayıb.
Amerika hərbi komandanlığının bildirdiyinə görə, aparılacaq təlimlər Qara dəniz regionunda təhlükəsizliyin və stabilliyin qorunması məqsədini güdür. Manevrlər sırasında taktiki manevrlər, eləcə də havadan müdafiə sistemlərinin təlimi nəzərdə tutulub.
Qeyd edək ki, bu ərəfədə Rusiyanın kütləvi informasiya vasitələti xəbər vermişdilər ki, SU-24 hərbi qırıcısı "Ross" minadaşıyan gəmisini Qara dənizin şəqrində yerləşən neytral sulara çəkilməsinə məcbur edib. Bu zaman gəminin heyəti təxribat törətməyə cəhd göstərib.
Bu arada ABŞ hərbi dəniz qüvvələrinə məxsus 6-cı flot da belə bir informasiya yaymışdı ki, gəmi beynəlxalq sularda üzərkən, heyət Rusiyaya məxsus SU-24 qırıcı təyyarəsinin davamlı olaraq onları müşahidə edib. Eyni zamanda hərbi dəniz qüvvələri komandanlığı minadaşıyan gəminin aqressiv bə təxribatçı hərəkətlərə yol vermədiyini də bəyan edib və bildirib ki, heyət peşəkarlığına güvənərək, yalnız həyata keçirəcəyi missiya üzrə hərəkət edib.
Qeyd edək ki, göyərtəsində "Tomahawk" (Tomoqavk) qanadlı raketləri də olan və "Arleigh Burke" tipinə məxsus "Ross" hərbi minadaşıyan gəmisi Montre konvensiyası çərçivəsində ara dəniz sularına daxil olub. Konvensiyaya görə, Qara dəniz ölkələrinə aid olmayan gəmilər həmin sularda 21 gündən artıq müddətdə olmamalıdırlar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB