"Nüvə razılaşmasının tarixi 1 iyula qədər uzadılıb"
Qərb təşviş içindədir

İsveçrənin Lozanna şəhərində 5 + 1 ölkələri ilə İran arasında dünən gecə yarısına qədər tamamlanması hədəflənən çərçivə razılaşması yenidən uzadıldı. SİA-nın xəbərinə görə, ABŞ Xarici işlər nazirliyi spikeri Marie Harf danışıqların bu gün də davam etdirilməsindən sonra yekun rəy açıqlayacaqlarını qeyd edib. Ağ Ev sözçüsü Josh Earnest də müzakirələrin konstruktiv keçdiyi müddətcə danışıqların davam edə biləcəyini qeyd edib. Tərəflər arasında fikir ayrılıqlarının mövcudluğundan yekun razılaşmanın tarixi 1 iyula qədər uzadılıb. İran nüvə fəaliyyətlərinin sülhsevər olduğunu iddia etsə də, ABŞ, İngiltərə, Fransa və Almaniya Tehranın nüvə silah əldə etməsindən narahatlıq ifadə edir. Nüvədə bomba üçün lazımlı iki xammal var ki, onlardan biri plutonium digəri yüksək zənginləşdirilmiş urandır. Qərb İranda uran zənginləşdirmə texnologiyası ilə nüvə silah etməsindən çox narahatdır.

Müzakirələrin getdiyi İsveçrənin Lozanna şəhərində razılaşma üçün bir şans olmadığı səbəbindən oradan ayrılan Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada çıxış etdi. Lavrov müzakirələrin bu turu üçün gözləntilərin pis olmadığını desə də yüzdə 100 şansın olmadığını da nəzərlərə çatdırıb.

Qeyd edək ki, 12 ildir davam edən nüvə gərginliyinin həll edilməsi üçün 31 martdan etibarən bir çərçivə razılığına gəlinəcəyi bildirilsə də, yekun razılaşmanın iyunun sonunda tamamlanması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə