Bahar Muradova: “Seçki Məcəlləsinə prinsipial dəyişikliyin olmasına ehtiyac yoxdur”

Bahar Muradova: “Seçki Məcəlləsinə prinsipial dəyişikliyin olmasına ehtiyac yoxdur”

"Seçki Məcəlləsinə hər hansı bir prinsipial, onun fəlsəfəsini və hədəflərini dəyişə biləcək dəyişiklərin olmasına heç bir ehtiyac yoxdur. Bunu bundan öncə ölkədə keçirilən seçkilər sübut edib. SİA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı deyib.

B. Muradova deyib ki, seçki qanunvericiliyinin hər hərfini fəaliyyətində əldə rəhbər tutan Yeni Azərbaycan Partiyası onun bütün müddəalarının Azərbaycanın ictimai siyasi reallıqlarına uyğun olduğu qənaətindədir: "Hər hansı bir texniki, prosedur dəyişikliyin olmasını istisna etmirəm. Amma, bütövlükdə hesab edirik ki, Seçki Məcəlləsinin dəyişdirilməsinə ehtiyac yoxdur. Girov qoymaqla qeydiyyatın bərpası ilə bağlı çağırışı məqsədə uyğun hesab etmirəm. Çünki, elə məhz konyuktur addımlar, başqa-başqa hərəkətlərin meydana çıxması bu müddəanın mövcudluğu zamanı olurdu. Ona görə ki, heç bir sosial dayağı olmadan, seçicilərin heç bir etimadını qazanmadan, bunun üçün də heç bir cəhd göstərməyən adam müəyyən qədər pul ödəyir, yarışa girir və status qazanır. Hətta iş elə gətirir ki, həmin adam millət vəkili olur. Sonrakı fəaliyyətində də həmin mövqedən çıxış edir. Ona görə də bu məsələdə geriyə qayıdış mümkün deyil. Seçki komissiyaları ilə bağlı balansı isə bugünki ictimai siyasi reallıqlara uyğun hesab edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə