Tanınmış spiker istefaya göndərilldi
CNN-dən azad fikrə QADAĞA

CNN-in təcrübəli aparıcısı Cim Clansi Parisdə baş verən məlum hadisələrdən sonra İsraili hədəfə alan tənqidi fikirlərinə görə kanaldan qovulub. SİA "takvim.com.tr"-yə istinadən xəbər verir ki, "Charlie Hebdo" satirik nəşrinə qarşı hücumdan sonra İsraili tənqid atəşinə tutan nəticədə israilli lobbiçilər tərəfindən təzyiqlərə məruz qalan CNN-in 34 illik spikeri Cim Clansi illərini sərf etdiyi kanaldan ayrılmalı olub. Clansi istefaya göndərilməsini bir cümlə ilə ifadə edib. "CNN-dən ayrıldığıma görə, üzgünəm"-deyə nüfuzlu teleaparıcı bildirib.

Artıq bəzi media ekspertləri bu olayı azad fikrə qarşı qoyulmuş qadağa kimi qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə