
Ağdam
YAP Ağdam rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasına namizədlərin şəkillərinin və şüarlarının təbliğat lövhələrinə vurulması ilə başlayıb. Partiyanın rayon təşkilatının sədri İsgəndər Quliyev bildirdi ki, 14 bələdiyyəyə keçirilən seçkilərdə ən fəal və seçicilər arasında nüfuzu olan insanların namizədliyini irəli sürmüşük. Həm YAP-ın xalq arasındakı nüfuzu, həm də namizədlərimizin ictimai fəallığı seçkilərdən qələbə ilə çıxmağımıza imkan verəcəkdir.
İ.Quliyevin sözlərinə görə, cəbhə xəttində yerləşən Ağdam rayonunda seçici fəallığı daim yüksək olmuşdur. Ona görə də bu seçkinin də rayonda mütəşəkkil keçiriləcəyi bir reallıqdır.

Masallı
Məlum olduğu kimi, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə namizədliy irəli sürülən şəxslərin təbliğat-təşviqat işlərinə başlanılıb. Regionun əvangard partiyası olan Yeni Azərbaycan Partiyası da seçkilərə ən çox namizədlə qatılan partiya olaraq seçkilərə səylə hazırlaşmaqdadır.
YAP Mərkəzi Aparatın tapşırıq və tövsiyələrinə uyğun olaraq Masallı rayon Təşkilatında da təbliğat işlərinə sürətlə başlanılıb. Təşkilat sədri Seyfəddin Əliyevin bildirdiyinə görə, 366 nəfərin təbliğatı yüksək səviyyədə həyata keçirilməyə başlanılıb: "Bələdiyyə seçkilərinə hazırlıq prosesi ümumi tapşırıq və tövsiyələrə müvafiq şəkildə uğurla davam etdirilir. Bütün işlər plan-qrafik əsasında həyata keçirilir, nəzərdə tutulmuş tədbirlərin zamanında və səmərəli şəkildə görülməsi üçün operativlik təmin edilir. Seçki kompaniyasının başlanması ilə bərabər əvvəlcədən yaradılan işçi quruplarımız tərəfindən lövhələrə şəkillərin vurulması, "Rifah və Quruculuq naminə" şüarını yapışdırılması və digər zəruri işlər başa çatdırılıb. Heç bir qanun pozuntusu və yaxud problem yaşanmayıb. Qarşıdakı günlərdə bizi daha məsuliyyətli işlər gözləyir.
İnanırıq ki, bütün işlərin öhtəsindən layiqincə gələcəyik".

Cəlilabad
Dekabrın 23-də ölkədə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçki qanunvericiliyinə uyğun olaraq bu gün səhər saatlarından etibarən Yeni Azərbaycan Pariyası tərəfindən namizədliyi irəli sürülən şəxslərin təbliğat işlərinə start verilib. Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatı da təbliğat işlərində öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır.
Təşkilat sədri Mirsüleyman Mirxaslının verdiyi məlumata görə, rayonda 35 bələdiyyə üzrə qeydə alınmış 347 nəfər namizədin hamısı əhatə olunmaqla çoxsaylı təbliğat materialları hazırlanıb:
"Təbliğat materialları Yeni Azərbaycan Partiyasının şüarı ilə birlikdə yerlərə çatdırılaraq seçki məcəlləsinin tələblərinə uyğun olaraq seçkilərə 23 gün qalmış namizədlərin təbliğat tədbirlərinə başlanılıb.
Bu təbliğat materialları yaşayış məntəqələrində təbliğat məqsədilə müəyyən olunmuş yerlərdən asılıb. YAP Cəlilabad rayon təşkilatının nəzərdə tutduğu tədbirlər planına və təsdiq olunmuş qrafikə uyğun olaraq 35 bələdiyyənin hamısında namizədlərin təbliğatı məqsədilə geniş tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərin dekabrın ikisindən başlanması və 19-dək davam etməsi nəzərdə tutulub ".

İsmayıllı
Dekabrın 1-dən etibarən Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq qarşıdan gələn dördüncü bələdiyyə seçkilərinin təbliğat-təşviqat işlərinə start verilib. Yeni Azərbaycan Partiyası İsmayıllı rayon Seçki Qərargahı da bələdiyyə seçkiləri ilə bağlı işlərə ciddi başlayıb.
YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova məlumat verdi ki, 23 Dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar ölkəmizin bütün regionlarında olduğu kimi, Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının Seçki Qərargahı tərəfindən təbliğat-təşviqat kampaniyasına start verilib. Ə.Vahabova vurğuladı ki, Yeni Azərbaycan Partiyasının "Rifah və Quruculuq naminə" şüarı ilə hazırlanmış plakatları Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq Seçki Məntəqələri ətrafında quraşdırılmış təşviqat lövhələrinə yerləşdirirlər.
Rayon üzrə YAP rayon təşkilatının təbliğat qrupu tərəfindən 34 bələdiyyə üzrə 298 nəfər namizədin rəngli fotoşəkilləri və təşviqat materialları müvafiq seçki məntəqələrindəki təşviqat lövhələrindən asılıb. Rayonda bələdiyyə seçkiləri ədalətli, şəffaf, müvafiq seçki qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilməsi məqsədilə təbliğat-təşviqat işləri uğurla yekunlaşacaq və bu seçkilərdə də Yeni Azərbaycan Partiyası yenidən qalib gələcək.

Neftçala
Bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları tərəfindən uğurla davam etdirilir. Hər seçkilərdə olduğu kimi bu seçkidə də YAP tam gücü ilə iştirak etməyi, bələdiyyələrdə daha çox təmsilçisinin olmasını qarşıya məqsəd kimi qoyub. Partiyanın ümumrespublika müşavirəsində İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar tam məsuliyyətlə yerinə yetirilir. Bu tapşırıqlara uyğun olaraq seçkilərə səylə hazırlaşan təşkilatlardan biri də YAP Neftçala rayon təşkilatıdır.
Təşkilat sədri Anar Cəfərovun verdiyi məlumata görə, dünən səhər saatlarından etibarən əvvəlcədən yaradılan işçi qurupu təbliğat-təşviqat işlərinin həyata keçirilməsinə başlayıb: " Məlum olduğu kimi, rayonda fəaliyyət göstərəfn 17 bələdiyəyə 163 nəfər namizəd irəli sürülərək lazımı sənədləri 61 və 60 saylı Dairə Seçki Komissiyaları tərəfindən təsdiq olunub. Namizədlərin qeydə alınması üçün zəruri işlər səlahiyyətli numayəndələr tərəfindən görülüb. Namizədlərin imza toplama işləri başa çatdırılaraq DSK-lara təqdim olunub. Ayın biri səhər saatlarından etibarən isə təbliğat-təşviqat işlərinə başlanılıb. İşçi qurupu namizədlərin şəkillərini, "Rifah və Quruculuq naminə" şüarını məntəqələrdə hazırlanan lövhələrə asıblar. Təbliğat işləri davam etdirilir".

Zaqatala
Respublikanın bütün bölgələrində olduğu kimi, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatında da bu ilin 23 dekabrında keçiriləcək bələdiyyə seçkilərinə ciddi hazırlıq işləri aparılır.
Qanunvericiliyə uyğun olaraq artıq təbliğat kampaniyasına start verilib. Qarşıdan gələn seçkilərin şəffaf həyata keçirilməsi üçün fəaliyyət proqramı hazırlanıb və seçki qərargahı yaradılıb.
Qeyd edildiyi kimi, dekabrın 1-dən etibarən əməkdaşlarımız aktiv şəkildə təbliğat kampaniyasına qoşulublar. Səhər saat 9-dan əvvəlcə şəhər ərazisində yerləşən təbliğat lövhələrinə partiya fəalları ilə birlikdə namizədlərimizin şəkillərinin asılmasına başlanılıb.
Bununla bərabər ilk partiya təşkilatları rəhbərləri də qərargaha dəvət edilərək, şəkillərin paylanması prosesi davam etdirilir.

Şamaxı
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı 23 dekabr 2014-cü il tarixində keçiriləcək bələdiyyə seçkilərinə təbliğat-təşviqat kampaniyasına start verib.
Bələdiyyə seçkilərinə hazırlıqla bağlı Seçki Məclləsində nəzərdə tutulan qaydalara uyğun tədbirlər planı tərtib olunub, görüləcək işlər müəyyənləşdirilib. YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasovun "İki sahil" qəzetinə verdiyi məlumata görə, bununla bağlı YAP Şamaxı rayon təşkilatının təşviqat qruplarının üzvləri ilə birgə YAP tərəfindən irəli sürülmüş 251 namizədin təşviqat materialları (şəkillərin) seçki məcəlləsinə uyğun yerlərdə yapışdırılıb. Hal-hazırda namizədlərin partiyanın qrafikinə uyğun təbliğat işləri davam etdirilir. Təbliğat qrupları 63 seçki məntəqəsinin ərazilərini əhatə edəcəklər. B.Abbasov vurğuladı ki, bunlardan əlavə, ayrı-ayrı bukletlər, təbliğat-təşviqat materialları da hazırlanıb ki, onlarda seçicilərə paylanacaq.
"YAP bu seçkilərdə də tam gücü ilə iştirak etməyi qarşıya məqsəd qoyub. Yerlərdə seçkilərlə bağlı tədbirlər keçirilir, seçkilərdə iştirak edəcək namizədlərin, təbliğatı prosesi uğurla davam etdirilir" deyən B.Abbasov əlavə etdi ki, seçki üzrə böyük təcrübə qazanmış xeyli sayda mütəxəssislərimiz var ki, onlar təbliğat kampaniyası dövründə dairə və məntəqələrdə təmsil olunacaqlar.

Yasamal rayonu
"Bütün seçkilərə təkmil proqramlarla gələn YAP milyonların partiyası olduğunu əməli fəaliyyəti ilə doğruldur, xalqla həmrəylik və birlik nümayiş etdirir" söyləyən YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov bildirdi ki, imzatoplama kampaniyasında mütəşəkkilliklə iştirak edən seçicilərin fəallığı partiyamıza inamın təzahürüdür:
- Təbliğat kampaniyasının ilk günlərindən bu mütəşəkkillik hiss olunur. Deyə bilərəm ki, seçicilərin fəallığı partiyaya inamın təzahürüdür. Təbliğat-təşviqat kampaniyasının Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil olunması üçün maarifləndirmə işi sürətləndirilir. Bələdiyyələrin daha səmərəli işləməsinə yönəldilmiş qərar və qanunların həyata keçirilməsində, səlahiyyətlərinin artırılmasında da məqsəd qurumun əhali ilə birgə fəaliyyəti üçün imkanları genişləndirməkdir. Vətəndaş cəmiyyətinin və demokratiyanın bariz nümunəsi olan bələdiyyələrdə YAP üzvlərinin, xüsusilə gənclərin və qadınların üstünlük təşkil etməsi və qələbə qazanması xalqın istəyindən irəli gəlir.
Ötən siyasi kampaniyalarda olduğu kimi yerli özünü idarəetmə orqanlarına namizədliyi irəli sürülən partiya üzvlərimiz, fəallarımız, xüsusilə gənclərimiz siyasi hazırlıq nümayiş etdirirlər. Bildirildi ki, 26 mindən artıq üzvü olan Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı bütün siyasi kampaniyalarda olduğu kimi yerli özünü idarəetmə orqanlarına seçkilərə də mütəşəkkilliklə başlayır. Ərazidə olan Yasamal bələdiyyəsinə seçkilərdə rayon təşkilatını 19 nəfər təmsil edir.
Rayonda fəaliyyət göstərən 15, 16, 17, müştərək 12 saylı dairə seçki məntəqələrində seçkilərə ciddi hazırlıq görülüb. Seçici siyahıları dəqiqləşdirilib, əhali arasında görüşlər keçirib, söhbətlər aparmaq üçün fəallar müəyyənləşdirilib, ilk dəfə səs verəcək gənclərə seçkilərin əhəmiyyəti və mahiyyətinin izah olunması baxımından əyani vasitələrdən istifadə üçün şərait yaradılıb. Təbliğat kampaniyasında bir nəfər kimi iştirak edən fəallarımız birlik və həmrəylik nümayiş etdirərək vahid mövqedən çıxış edir, namizədlərinin qələbəsi üçün təşviqat kampaniyasını səmərəli təşkil edirlər.

Xətai rayonu
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında də yerli özünüidarəetmə orqanlarına seçkilərə ciddi hazırlıq görülüb. 18 mindən artıq üzvü ətrafında birləşdirən rayon təşkilatının fəalları ərazidə fəaliyyət göstərən Xətai və Əhmədli bələdiyyələrində partiyanı təmsil edəcək namizədlərin təbliğat kampaniyasına mütəşəkkilliklə başlayıb.
YAP Xətai rayon təşkilatının qərargahında keçirilən namizədlərlə seçicilərin görüşlərində qeyd olunduğu kimi, Azərbaycana böyük uğurlar qazandıran ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirməklə daha böyük nailiyyətlərin əldə olunması üçün hər zaman xalqın dəstəyinə arxalanacağını ilk gündən əsas prioritet kimi müəyyənləşdirən Prezident İlham Əliyevin başçııq etdiyi YAP qarşısına qoyduğu məramına sadiqdir.
Açıqlaması ilə görülən işlərə aydınlıq gətirən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov bildirdi ki, YAP əhalinin tələbatına uyğun islahatlara daha çox diqqət yetirərək, insanların etimadını yüksək intellekti, siyasi hazırlığı, qətiyyəti, ən başlıcası isə insanlara verdiyi dəyər və xalqına olan bitib-tükənməz məhəbbəti ilə doğruldur. Əhali ilə dövlət orqanları arasında vasitə olan bələdiyyələr fəaliyyətlərini əsasən insanların istək və arzularına uyğun formalaşdırır, ictimai rəyi əks etdirən məsələlərin həllinə daha çox fikir verilir.
Bələdiyə üzvlüyünə namizədlərin seçicilərlə görüşündə qeyd olunduğu kimi, 650 minə yaxın üzvü və milyonlarla təəssübkeşi olan YAP bu seçkilərə də inamla başlayır. Azərbaycanın siyasi, iqtisadi, sosial həyatının bütün sahələrini əhatə edən əhəmiyyətli islahatlar paralel həyata keçirilir.
Arxada qalan illəri Azərbaycan iqtisadiyyatının dinamik inkişaf dövrü kimi dəyərləndirənlər təbii ki, fikirlərini əsaslandırmaq üçün faktlara istinad edir. Bu illərdə həyata keçirilən quruculuq işlərində bələdiyyələrin də xidmətləri vardır. Buna görə də yerli özünüidarəetmə orqanlarında təmsil olunacaq üzvlərdən daha çox təşəbbüskarlıq, əhali ilə daimi təmasda olmaq, onların probemləri ilə mütəmadi maraqlanmaq kimi mühüm vəzifələr qoyulur.
Buna görə də insanlar seçkilərdə cəmiyyətdə daha çox tanınan, təşəbbüskarlığı ilə fərqlənən namizədlərə üstünlük verəcəklər.
Dövlət Proqramlarının həyata keçirilməsində, yerlərdə aparılan abadlıq, quruculuq işlərində xidmətləri olan bələdiyyələrdə YAP-ın nümayəndələri ləyaqətlə təmsil olunurlar. Onların səmərəli xidmətlərini görən vətəndaşlar təbii ki, ümummilli lider Heydər Əliyev ideyalarını yaşadan YAP-a, onun Sədri Prezident İlham Əliyevi dəstəkləyən, ona sadiq qalan insanlar bu siyasətin davamına tərəfdar olduqlarını bildirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB