- Tahir bəy, Müsavat Partiyasının ümumrespublika müşavirəsi də qalmaqallarla keçdi və narazılar İsa Qəmbəri, Arif Hacılını tənqid etdilər. Bu faktın özü artıq Müsavatda körpülərin tamamilə yandığından xəbər vermir ki?
- Müsavat Partiyası AXCP-dən ayrılması hesabına yaranıb. Bu müşavirə də bir daha onu göstərdi ki, Müsavatdan ayrılanların yeni partiyan yaratmaları qaçılmaz hal alacaq. Müşavirənin nəticələri həm də onu göstərdi ki, bu şəxslər arasında heç bir səmimiyyət, əqidə və ideoloji birlik yoxdur. Çünki Müsavatda şəxsi ambisiyalar üzə çıxıb. Uzun illərdir ki, bu, belə də davam etməkdədir. Buna görə də, orada baş verən qalmaqalları gözlənilən hal kimi dəyərləndirmək lazımdır. Bütün bunlar Müsavat Partiyasının dağılacağından xəbər verir.
- Müşavirədə İsa Qəmbər Qubad İbadoğlunu hədəfə alaraq, onu partiyanı parçalamaqda və yalan danışmaqda günahlandırdı. Bu amilin özü də İsa Qəmbərin Arif Hacılını açıq şəkildə müdafiə etdiyini göstərmirmi?
- Müsavatın qurultayının nəticələri ilə Qubad İbadoğlunun barışmaması elə bir sitiuasiya yaradır ki, artıq İsa Qəmbər seçim qarşısında qalırdı. O, ya özünün elan etdiyi kimi, iştirak etdiyi prinsiplərlə Arif Hacılını başqan olaraq tanımalı, ya da əks tərəfə getməli idi. İsa Qəmbər götür-qoy edəndə Arif Hacılının tərəfini saxlamağa məcbur olub. Çünki özünün də, Müsavatın da gələcəyini Arif Hacılının dəstəyində görür.
- Müsavatda narazıların yeni partiya yaradacağı deyilir. Ümumrespublika müşavirəsindən sonra partiya yaradılması prosesinin sürətlənəcəyini demək olarmı?
- Əlbəttə, sürətlənəcəkdir. Çünki düşmənçiliyi, intriqaları və didişmələri gizlətmək mümkün deyil. Əvvələr müxalifət bütövlükdə iqtidara qarşı mübarizə aparırdı. İndi isə fəaliyyətlərini bir-birinə qarşı yönəldiblər. Bir sözlə, müxalifət daxilində proseslər o dərəcədə dərinləşib ki, hətta ayrı partiya yaratmaq məcburiyyətində qalıblar. Belə olan halda bu proseslər getdikcə sürətlənəcəkdir.
- Sizcə, "Yeni Müsavat Partiyası"nın bərpa olunaraq siyasi gündəmə gətirilməsi nəyi dəyişəcək?
- Yeni yaranacaq partiya da elan edəcək ki, onun ideologiyası müsavatçılıqdır, əsl müsavatçı və Müsavat partiyası onlardır. Ola bilsin ki, yeni yaranacaq partiyanın adı da elə "Yeni Müsavat" olsun. Bu, yalnız təşkilatçıların verəcəkləri qərardan asılı olacaq.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB