Müsavat başqanlığına namizəd olmuş Qubad İbadoğlunun "Əhrar" Partiyasının sədri Vaqif Hacıbəyli ilə söz dueli davam edir. SİA xəbər verir ki, Qubad İbadoğlu "Yeni Müsavat"a dünənki açıqlamasında Vaqif Hacıbəyliyə cavabında onun biznesinin olduğunu deyib. O, Vaqif Hacıbəyliyə məsləhət verib ki, biznesi ilə məşğul olsun, açıqlamalarla onun vaxtını almağa cəhd eləməsin.
Vaqif Hacıbəyli isə öz növbəsində Qubad İbadoğluya cavab olaraq bildirib ki, o, "facebook"dakı hesabında qarşı tərəfi ittiham etmək fikrində olmadığını yazıb: " Mənim facebookda Qubad İbadoğlunun görüşü ilə bağlı yazdıqlarım xoşməramlıdır. Onun mənə verdiyi cavab isə xoşməramlı deyil. Qubad İbadoğlunun bu cür əsası olmayan fikirlər işlətməsinə təəssüf edirəm. Şübhəsiz ki, mənim heç bir biznesim yoxdur. Mən hüquqşünas kimi fəaliyyət göstərirəm. Bunu isə biznes adlandırmaq olmaz. Mən Qubad bəyə də, müsavatçılara da uğurlar diləyirəm".
Lakin bu arada həmin açıqlaması ilə kifayətlənməyən Vaqif Hacıbəyli bu gün bir daha Qubad İbadoğlunu ittiham edən fikirlərini "facebook"dakı səhifəsinə yerləşdirib. "Əhrar" Paeriyasının sədri dolayısı ilə qarşı tərəfin siyasət və QHT biznesi ilə məşğul olduğunu, bunun isə ictimai rəydə yaxşı əməl olmadığını qeyd edib: "Bizneslə məşğul olmaq heç də ayıb deyil, söhbət həqiqi biznesdən gedirsə. Amma siyasət biznesi ilə, QHT biznesi ilə məşğul olmaq ayıbdı.Təəssüf ki,bizdə belələri kifayət qədərdi".
Xatırladaq ki, Vaqif Hacıbəyli bundan öncə Arif Hacılının başqanlığını qəbul etməyən digər müsavatçı funksioner – Vurğun Əyyubla da söz dueli aparmış, tərəflər bir-birlərini ən əsrt ittihamlarla tənqid etmişdilər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB