"Milli Şura deyilən qondarma qurumun oktyabrın 12-də keçirmək istədiyi aksiyanın uğursuzluğa dücar olması bir daha göstərdi ki, cəmiyyət radikalizmi qəbul etmir. Eyni zamanda, səhv, düşünülməmiş siyasət apardığlarına görə müxalifətin keçirdiyi tədbirlərə dəstək vermir. Yaradılan qurumlar isə formal xarakter daşıyır. Daha doğrusu xarici maraqlı qüvvələrin istək və dəstəyi ilə yaradılan qurumlardır. Məhz maraqlar xatirinə yaradıldığından bu qurumların ömrü çox qısa olur". "Yurddaş" partiyasının sədri Mais Səfərli SİA-ya açıqlamasında Milli Şuranın mitinqi ilə bağlı dediyi fikirlərində bu münasibəti bildirib.
Partiya sədrinin dediyinə görə, artıq 20 ildən çoxdur ki, müxalifət düşərgəsində təmsil olunan partiyalar ölkədə keçirilən bütün seçkilrdə acınacaqlı məğlubiyyətə düçar olub: "Sonuncu prezident seçkilərində müxalifət təmsilçilərinin yığışaraq "Milli Şura" adlı bir qurum yaratdılar ki, bu da xarici qüvvələrin tapşırığı əsasında yaradılan qurum idi. İstəkdə özlərini cəmiyyətdə göstərmək və birləşməkdə maraqlı olduqlarını göstərmək idi. Amma onların bu cəhdləri alınmadı və tamamilə darmadağın oldular. Bununla da bir daha sübut olundu ki, müxalifət partiyaları cəmiyyət tərəfindən dəstəklənmir. Bir sözlə, müxalifət indiki güc ilə heç bir seçkilərdə o cümlədən bələdiyyə seçkilərində də uğur qazana bilən deyillər. Çünki müxalifət düşərgəsində nə birlik, nə də ki, siyasi güc yoxdur".
Mais Səfərli eyni zamanda qeyd edib ki, müxalifət təmsilçiləri vaxtaşırı müəyyən məsələlər tapırlar ki, gündəmdə bir müddət qala bilsinlər: "Bununla da diqqəti özlərinə cəlb etmək istəyirlər. Amma müxalifət təmsilçiləri bilməlidilər ki, onlar bu cür yersiz hərəkətləri ilə özlərini daha da gözdən salırlar. Müxalifət partiya sədrləri çox gözəl başa düşürlər ki, bu gün onların hakimiyyətə şansları yoxdur. Bunu bilə-bilə müxalifət yenə də öz hərəkətlərindən əl çəkmək niyyəti yoxdur. Yəni müxalifət təmsilçiləri reallığı özündə əks etdirməyən xəyallar qururlar".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB