Devid Uiddouson: "Təbii ki, bu olduqca vacib məsələdir"

Devid Uiddouson: "Təbii ki, bu olduqca vacib məsələdir"

"Bu tədbirin çox böyük önəmi var. Biz bu tədbirə həm gömrükçüləri, həm təhsil ocaqlarını, həm də akademik dairələrin nümayəndələrini dəvət etmişik". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin prezidenti Deyvid Uiddouson Bakıda Beynəlxalq Gömrük Universitetləri şəbəkəsinin (İNCU) və Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə "Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi" mövzusunda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin I Qlobal Konfransında iştirakı zamanı deyib.

Xarici qonağın sözlərinə görə, onların hamısı bir araya gələrək gömrük məsələlərini, gömrükçü peşəsinin daha da təkmilləşirilməsini müzakirə edəcəklər: "Təbii ki, bu olduqca vacib məsələdir. Çünki son zamanlar Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ticarətin asanlaşdırılmasına dair sazişin əldə edilməsinə nail olub. Bu saziş imzalansa da amma gəlin görək burada yer tapan müddəalar gerçəkləşir və həyata keçirmi? Baxın, biz bu sualın cavabını tapmalıyıq. Bu tədbirdə də həmin məsələləri müzakirə edəcəyik. Bu konfrans bizim Azərbaycan Dövlət Gömrük Komitəsi ilə ilk tədbirimizdir. Azərbaycanın bu tədbir üçün qonaqlıq və ev sahibliyi etməsi olduqca vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə