Niyaməddin Orduxanlı: “Morningstar kimi səfiri ölkədən qovarlar”

Niyaməddin Orduxanlı: “Morningstar kimi səfiri ölkədən qovarlar”

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar "Azadlıq radiosu"na müsahibəsində Azərbaycanda demokratiyanın durumu, ölkənin daxili və xarici siyasəti ilə bağlı müəyyən neqativ fikirlər səsləndirməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Bununla bağlı SİA-ya açıqlama verən BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, ABŞ səfrinin veridyi acıqlama birbaşa beynəlxlq qanunlara o cümlədən "Diplomatik əlaqələr haqqında" qəbul olunmuş Vyana Konvensiyasının tələblərinnin birbaşa pozulmasıdır: "Morqningstar bütün diplomatik münasibətlərə ziyan gətirir. Bu şəxs özünü səfir kimi aparmır. Əslində, özünə hörmət edən səfir müstəqil ölkənin daxili işlərinə bu dərəcədə müdaxilə etməz. Azərbaycanın daxili siyasətinə nə ABŞ-ın, nə də başqa bir böyük dövlətin və ya beynəlxalq qurumun hər hansı formada müdaxilə cəhdi, onu idarə etməyə çalışması, bu xalqa necə yaşamağı öyrətməyə haqqı yoxdur. Azərbaycan xalqı bu ixtiyarı heç bir ölkəyə verməyib".

Niyaməddin Orduxanlı onu da qeyd edib ki, müstəqil dövlətin öz siyasəti var. BAXCP rəsmisi sual edib: "ABŞ-da başqa bir ölkənin səfiri Morningstar kimi danışmağa necə baxardı? Məncə həmin səfiri ölkədən qovardılar. ABŞ 20 ildən artıqdır ki, Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ məsələsində ədalətsiz mövqey münayiş etdirir. Qərb Azərbaycan xalqına nə təklif edir? "Madir Prinsipləri" birbaşa ermənilərin xeyrinədir. Nə fərqi var ki, referendum neçə ildən sonra keçiriləcək? Biz 15 il deyirik, ermənilər 5 il sonra. Azərbaycan konstitutsiyasına görə ərazımızın bir hissəsində referndum keçirilə bilməz. Budur da ABŞ Azərbaycana olan münasibəti. Məhs ABŞ məhasız siyasəti bu gün bizi məcbur edir ki, Qarabağ probleminin həll edən bilən qonşu Rusiya ilə danışıqlar aparmalıyıq. BAXCP olaraq biz bu təklifi irəli sürmüşük. Mənasız yerə ABŞ-la uzun uzadı söhbətlər aparınca, Rusiya ilə dil tapmalıyıq. Hamı da bilir ki, Rusiya istəsə, tezliklə Qarabağ problemini həll edə bilər. Bəli, məhz Rusiya...".

BAXCP sədrinin müavinin sözlərinə görə, səfir Azərbaycan dövlətini hədələməklə məşğuldur: "Bütün dünya gördü ki, Ukraynda baş verən hadisələri ABŞ və Avropa Birliyi təşkil etdi. ABŞ xalqlara gətirdiyi inqilablar fəlakətlər gətirir. Ukrayna artıq dağılıb. Ərazısının bir çox hissəsini itirib. Hər gün sadə vətəndaşlar qətlə yetirlir. Bunun əvəzində ABŞ Ukraynaya nə verib? 5-10 rus məmuruna sanksiyadan başqa heç nə edə bilməyib, edə də bilməz. Qorxusndan səsini belə çıxarda bilmir. Rusiyanın qarşısında acız bir vəziyyətdə olan ABŞ kiçik dövlətlərdə "ağalıq" etmək niyyətdədir. Hələ səfir Ukrayana hadisələrinin Azərbaycanda təkrarlanacağından danışır. Və bu da birşa təhdiddir. Hesab edirəm ki, belə səfiri ölkədən qovarlar".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə