Millət vəkili “Avroviziya-2014” mahnı müsabiqəsinin nəticələri ilə razılaşmadı
Millət vəkili Aydın Mirzəzadə "Avroviziya-2014" mahnı müsabiqəsinin nəticələrindən razı qalmayıb. SİA-nın xəbərinə görə, bu barədə millət vəkili "facebook" səhifəsində məlumat yazıb.
Parlament üzvü hesab edir ki, Azərbaycanın "Avroviziya-2014" mahnı müsabiqəsindəki təmsilçisi Dilarə Kazımovanın ifasına verilən qiymətlər və tutduğu 22-ci yer ədalətsizlikdir: "Burada həm mahnı gözəl idi, həm də ifa yüksək səviyyədə idi. Ancaq səhnə quruluşu uğursuz idi, daha uğurlu variant tapıla bilərdi. Tutduğu yerdən asılı olmayaraq Dilarə xanımı təbrik edirəm, həmişə təmsilçilərimizin yanındayıq və uğurlarımızın bundan sonra da çox olacağımıza inanıram".
Qeyd edək ki, ötən gün Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Avroviziya-2014" mahnı müsabiqəsinin qalibi Avstriyalı transseksual müğənni Konçita Vurst olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB