Azərbaycan Silahlı Qüvvələrinin əsgəri həqiqi hərbi xidmətdən müəmmalı şəkildə yoxa çıxıb. SİA-nın məlumatına görə, Qazax rayonundakı N saylı hərbi hissənin əsgəri Hüseyn Orucəli oğlu Əhmədov hərbi xidmətdən yoxa çıxıb.
Müdafə Nazirliyindən SİA-ya faktı təsdiqləyiblər.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, hazırda rayonun giriş-çıxışlarında hərbi postlar qurulub və qaçan əsgərin axtarışlarına başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB