"Milli Şurada baş verən hadisələr ətrafında KXCP olaraq mütəmadi danışıqlarımız olur. Müsavat Partiyasının Milli Şuradan çıxması məsələsinə də KXCP olaraq müzakirələr aparıb rəsmi şəkildə münasibətimizi ifadə edəcəyik". Bu fikirləri SİA-ya açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib.
KXCP-nin Milli Şuradan çıxması məsələsini istisna etməyən partiya sədri onu da bildirib ki, biz mövcud durumu dəyərləndiririk: "KXCP-nin Milli Şuradan çıxması məsələsini partiya olaraq özümüz müzakirə edəcəyik. Eyni zamanda, bu barədə Milli Şuranın özünün sessiyasında müzakirələr olacaq. Bu müzakirələrdən sonra həm KXCP-nin Milli Şuradan çıxmasına, həm də Müsavatın bu qurumu tərk etməsinə münasibət açıqlayacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB