Politoloq: “Ukraynada baş verənlər ABŞ-ın ssenarisidir” AÇIQLAMA

“Bir həftə ərzində məsələ həll olunmazsa, Ukrayna parçalana bilər”
Politoloq: “Ukraynada baş verənlər ABŞ-ın ssenarisidir” AÇIQLAMA

"Ukraynada baş verənlər təbii ki, Amerikanın hazırladığı ssenaridir. Bunu danmaq mümkünsüzdür". Bu sözləri SİA-ya politoloq Cümşüd Nuriyev Ukraynada baş verən məlum hadisələrə münasibət bildirərkən deyib. O bildirib ki, Ukraynada baş verən hadisələrə baxdıqda məlumdur ki, Amerikanın Demokratiya İnstitutu tərəfindən həyata keçirilən bu hadisələr vaxtilə Misir, Tunis, Liviyada yayılmışdı.

Politoloqun sözlərinə görə, hazırki vəziyyyətdə yalnız şəhərlərin və ölkə rəhbərlərinin adları dəyişib: "Məsələn Suriyanın yerinə Ukrayna, Bəşər Əsədin yerinə isə Yanukoviç yazılıb. Amerikanın bu kartı kifayət qədər geniş açılıb. Yanukoviç yaxın müddət ərzində meydandakı prosesləri nəzarətə götürməzsə, daha doğrusu meydanı dağıtmazsa dövlət çevrilişi baş verməsi təhlükəsi çox yüksəkdir. Nəzərə alsaq ki Qərbi Ukrayna bütünlüklə Qərbin yəni Amerikanın, Şərqi Ukrayna isə Rusiyanın əlindədir, bu, Ukrayna üçün təhlükəli bir haldır. Dövlət başçısı Yanukoviçin seçim etmək şansı yoxdur. Ya Ukraynanın bütövlüyünü qorumaqdan ötrü meydanı nəzarətə götürməli, ya da xaricdən olan əlaltılarını meydandan çıxarmalıdır. Yaxın bir həftə ərzində məsələ həllini tapmalıdır. Əks halda, baş verənlər xroniki xəstəliyə çevriləcək ki, bu da Ukraynanın parçalanması və ya hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq. Ukraynanın hazırda yürütdüyu siyasət səhv siyasətdir. Öz tərəfdarlarını meydana yığıb qarşıdurma yaratmaqla nəsə əldə etmək düzgün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə