İlham Əliyev Finlandiya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Finlandiya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan-Finlandiya dostluğu və əməkdaşlığı bundan sonra da hərtərəfli inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir".

İlham Əliyev Sauli Niinistöyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Finlandiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə