Sülhəddin Əkbər: “Milli Şuraya şərtlərimiz var”

Sülhəddin Əkbər: “Milli Şuraya şərtlərimiz var”

"Rəsul Quliyev artıq bir müddətdir ki, Açıq Cəmiyyət Partiyasının (ACP) liderliyindən də, Milli Şuranın üzvlüyündən də istefa verib". Bu sözləri SİA-ya açıqlamasında ACP-nin sədri Sülhəddin Əkbər deyib.

Sülhəddin Əkbər qurumda təmsilçilyinin davamı üçün şərtlərinin olduğunu da bildirib: "Bizim partiyanın Milli Şurada fəaliyyət göstərməsinin şərtlərini mən həm son sessiyada, həm də mətbuata açıqlamışam. Belə ki, Milli Şuranın aydın məqsədi olacaqsa və bu məqsədi həyata keçirmək üçün milli formatı saxlayacaqsa, ACP qurumda aktiv iştirak edəcək və öz fəaliyyətini davam etdirəcək".

Xatırladaq ki, S.Əkbər Milli Şuranın fəaliyyətinin getdikcə İctimai Palatanın fəaliyyətinə bənzədiyini bildirib və belə olan halda Şura üzvlüyündə qalmalarını bir daha nəzərdən keçirəcəklərini bəyan edib.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə