Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) oktyabrın 9-da baş tutacaq prezident seçkilərinə həsr edilən ümumi yığıncaq keçirilib. SİA-nın məlumatına görə, iclası açıq elan edən ABİ-nin sədri xalq artisti, professor Firəngiz Əlizadə son zamanlar Azərbaycanın dünyanın tanıdığı, hörmət etdiyi, günü-gündən gözəlləşən, inkişaf edən ölkəyə çevrildiyini qeyd edib: "22 ildir Azərbaycan müstəqillik əldə edib və qısa müddətdə ölkəmiz böyük uğurlar qazanıb. Dünyanın ən mötəbər kütləvi informasiya vasitələri mütamadi olaraq Azərbaycanın yüksək səviyyədəki inkişafından bəhs edirlər. Bütün bunlar Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin son 10 ildə apardığı məqsədyönlü siyasətin nəticəsidir. Prezident hər zaman Azərbaycan mədəniyyətini, incəsənətini diqqət mərkəzində saxlayıb. Bu qayğının nəticəsidir ki, öz doğma məkanımız olan bu binanı uzun illərdən sonra cənab Prezident bizə qaytarıb. Prezidentimizin müvafiq sərəncamı ilə bu bina əsaslı təmir edilib, müasir texnika, royallarla, fortepianolarla təmin olunub. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri, istər bəstəkarlar, istərsə də musiqişünaslar dövlət qayğısını həmişə hiss edirlər. ABİ-nin üzvləri mütamadi olaraq prezident təqaüdünə, fəxri adlara layiq görülürlər. İnanıram ki, ABİ-nin üzvləri vətəndaşlıq borclarını yerinə yetirərək seçkilərdə iştirak edəcək və yekdilliklə cənab İlham Əliyevə səs verəcəklər".
Daha sonra söz alan tanınmış musiqişünas, xalq artisti Ramiz Zöhrabov, bəstəkarlar, xalq artistləri Musa Mirzəyev, Faiq Sücəddinov, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova, ABİ-nin katibləri, əməkdar incəsənət xadimi Zemfira Qafarova, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Aliyə Məmmədova, musiqişünaslar sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmiraz qızı və əməkdar müəllim Natiq Vəliyev çıxışlarında cənab İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildirib, ona səs verəcəklərini deyiblər.
Yığıncağın sonunda iclas iştirakçıları tərəfindən müraciət qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB