Azərbaycanın xarici işlər naziri Böyük Britaniyanın yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Böyük Britaniyanın yeni təyin olunmuş səfirini qəbul edib

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri İrfan Siddiqi qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov İrfan Siddiqi Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasındakı münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub. Azərbaycan-Avropa İttifaqı münasibətləri, Yaxın Şərqdə gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Britaniyalı səfir iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsinin tərəfdarı olduqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə