Əli Əhmədov YAP-ın Hacıqabul rayon təşkilatının fəalları ilə görüşüb FOTOLAR
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov YAP-ın Hacıqabul rayon təşkilatının fəalları ilə görüşüb. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, görüşü giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov məlumat verərək bildirib ki, YAP Hacıqabul rayon təşkilatının 4298 nəfər üzvü 106 ilk partiya təşkilatında birləşir. Bunlardan 1744 nəfərini qadınlar, 1253 nəfərini isə gənclər təşkil edir.
Qarşıdan gələn prezident seçkilərinə YAP Hacıqabul rayon təşkilatının apardığı hazırlıq işləri barəsində məlumat verən H.Bəşirov bildirib ki, 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi üzrə seçicilərin sayının dəqiqləşdirilməsi üçün hər biri 5 nəfərdən ibarət olmaqla 37 qurup yaradılıb: "Hacıqabul ərazisində olan 37 seçki məntəqəsinə 1 nəfər YAP üzvü olan məşvərətçi hüquqlu üzv təqdim edilib. Seçici siyahıları dəqiqləşdirilərək YAP-ın Mərkəzi Aparatının məlumat bazasına ötürülüb. Rayon təşkilatında 21 nəfərdən ibarət seçki qərərgahı yaradılıb".
H.Bəşirov bildirib ki, YAP-ın Hacıqabul rayon təşkilatının üzvləri qarşıdan gələn prezident seçkilərində partiyanın namizədi İlham Əliyevin qələbəsi üçün səy və bacarıqlarını səfərbər edəcəklər.
YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov YAP Hacıqabul rayon təşkilatının fəallarının qarşısında çıxış edərək YAP-ın namizədi prezident İlham Əliyevin 10 il müddətində ölkəmizin iqtisadi, siyasi, sosial və digər sferalarında əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb. Azərbaycanın daxili siyasətindəki əldə edilən uğurlarla yanaşı, ölkəmizin beynəlxalq aləmdə, dünya birliyində önəmli rola malik olduğunu deyən Ə.Əhmədov iri enerji lahiyələrinin gerçəkləşməsini və ölkəmizin bu layihələrdə söz sahibi olduğunu xüsusi olaraq vurğulayıb: "Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə regionların inkişafı Hacıqabul rayonunu da əhatə etmişdir. İlham Əliyevin Hacıqabul haqqında dediyi "Mən Hacıqabulun daha da sürətlə inkişafını istəyirəm" fikirlər onun fəaliyyətinin əsil mahiyyətini əks etdirir. Bu gün Azərbaycan vətəndaşı həyatından razıdırsa, məmnundursa deməli dövlətindən, prezidentindən, ölkədə yürüdülən siyasətdən razıdır, məmnundur. Ona görə də xalq qarşıdan gələn 5 ildə daha yaxşı yaşaması, firavan, xoşbəxt olması üçün İlham Əliyevin namizədliyini dəstəkləyirlər. Xalq seçkilərədə seçim etməkdə qətiyyən tərəddüd etməyəcəklər. Xalqımız Heydər Əliyev siyasi kursunun İlham Əliyev tərəfindən davam etdirilməsinin tərəfdarıdır və bu siyasi kursa daim sadiqdirlər".
İcra katibi çıxışında hər bir sıravi YAP üzvünə seçkilərdə aktiv olmağı, İlham Əliyevin 10 illik uğurlu fəaliyyətini düzgün təbliğ etməyi tövsiyə edib. İcra katibi Ə.Əhmədov sonda partiya üzüvlərinə tapşırıqlarını verib.
Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov çıxış edərək Hacıqabulun 10 illik sosial-iqtisadi inkişafinda prezident İlham Əliyevin misilsiz xidmətini, hacıqabullulara diqqət və qayğısını xüsusi olaraq vrğulayıb: "10 il ərzində ölkə prezidenti rayonumuza 6 dəfə səfər etmiş, görülən işlərə yüksək qiymət verərək inkişafın davam etdirilməsini tövsiyə etmişdir. Son 10 ildə Hacıqabulda tikinti quruculuq işlərindən ətraflı məlumat verdi".
YAP Hacıqabul rayaon təşkilatının gənclər birliyinin sədri Saleh Ələsgərov, qadınlar adından Gülüstan Almazova çıxış edərək bildiriblər ki, hacıqabulluların yeganə namizədi İlham Heydər oğlu Əliyevdir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB