"Niyə Avropa Şurasında fəaliyyətimizi davam etdirməliyik?”

"Niyə Avropa Şurasında fəaliyyətimizi davam etdirməliyik?”

Parlamentin bugünkü plenar iclasında vitse-spiker Valeh Ələsgərov Avropa Parlamentinin Cənubi Kiprdən olan deputatının Dağlıq Qarabağa səfərinin qəbuledilməz olduğunu söyləyib. SİA-nın məlumatına görə, o, Cənubi Kiprin ilk növbədə adadakı türklərin hüquqlarını tanımağa çağırıb.

Millət vəkili Fazil Mustafa deyib ki, Avropa Parlamenti Fransa və Şimali Kiprdən olan deputatların Dağlıq Qarabağa səfərinin Avropa Parlamentinin mövqeyini ifadə etmədiyini bəyan edib: "Ancaq sabah həmin deputatlar saxlanarsa, Avropa Parlamenti dərhal bəyanat verəcək. Digər tərəfdən, Ermənistan 2014-cü ildə Avropa Şurasında Nazirlər Kabinetinə rəhbərlik edəcək. Biz niyə bu qurumda fəaliyyəti davam etdirməliyik?!"

Spiker Oqtay Əsədov isə Ermənistandan sonra Avropa Şurası Nazirlər Kabinetinə Azərbaycanın rəhbərlik edəcəyini nəzərə çatdırıb: "Ancaq gənclər, ictimai-siyasi qüvvələr ikili standartlara münasibət bildirməlidirlər".

Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli xatırladıb ki, Murtuz Ələsgərovun dövründə deputat qrupunun rəhbəri kimi Şimali Kiprə səfər edib: "Mən Milli Məclisin Azərbaycan-Yunanıstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəriyəm. Şimali Kiprə səfərə görə 2 il Yunanıstan səfərliyi mənimlə danışmadı. Biz də bu məsələlərə sərt yanaşmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə