Asim Mollazadə: “Azərbaycan hazırda çox böyük layihələr həyata keçirir”
Davos İqtisadi Forumunun Azərbaycan keçirilməsinin ən böyük əhəmiyyəti ölkəmizi, onun imkanlarını, dünyadakı rolunu beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdən ibarətdir. Bunu SİA-ya millət vəkili Asim Mollazadə Bakıda keçiriləcək Davos İqtisadi Forumunun ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.
Deputatın sözlərinə görə, Azərbaycan hal-hazırda çox böyük prioritet layihələr həyata keçirir: "Buna misal olaraq Şərqlə-Qərbi birləşdirəcək nəqliyyat sisteminin qruplaşdırılmasında ölkəmizin rolunun danılmaz olduğunu deyə bilərik. Bununla belə Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin etməklə çox mühüm əhəmiyyət kəsb edir, Xəzərin enerji resurslarını dünya bazarına çıxara bilir. Azərbaycanın iqtisadi sahədə, eyni zamanda öz iqtisadiyyatını diversifikasiya edərək qeyri-neft sektorunun inkişafı üçün kifayət qədər imkanları var. Təbii ki, bu da dünyanın tanınmış şirkətlərini, iqtisadiyyatla məşğul olan qurumlarını bu proseslərə cəlb edə bilər. Bununla belə Azərbaycanın digər mühüm sahələrdə rolu ölkəmizin dünyəvi ənənələri ilə bağlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB