Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) aksiya keçirib. Bu barədə SİA- ya ATGTİ sədri Şahin İsmayılov məlumat verib. Onun sözlərinə görə, aksiya Parisdə Azərbaycan diaspor üzvlərinin döyülməsinə etiraz olaraq keçirilib.
Ş.İsmayılov bildirib ki, səfirlik nümayəndələri səfirin işdə olmadığını əsas gətirərək tədbirin qətnaməsini qəbul etməyiblər.
Qeyd edək ki, polis aksiyaya müdaxilə etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB