Deputat: “Bu fikirlərin heç bir məntiqi əsası yoxdur”

Deputat: “Bu fikirlərin heç bir məntiqi əsası yoxdur”

Azərbaycan demokratik və suverən bir ölkədir. Hər bir şəxs öz fikrini açıq və sərbəst şəkildə söyləyə bilir. Bunu SİA-ya millət vəkili Musa Qasımlı ötən gün Müsavat Partiyasının başqanı İsa Qəmbərin "Amerikanın Səs"inə verdiyi müsahibəyə münasibət bildirərkən deyib.

"Amma gəlin görək, söylənilən hər bir fikir gerçəkliyə nə qədər uyğun gəlir? Azərbaycanda islahatları hakimiyyət aparır, mövcud nöqsanlar aradan qaldırılır və öz vəzifə səlahiyyətlərini icra edə bilməyən məmurlar işlərindən uzaqlaşdırılır. Məhz buna görə də hesab edirəm ki, söylənilən bu fikirlərin heç bir məntiqi əsası yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə