Ermənistan tarixi boyu bütün fəaliyyətində Rusiyaya arxalanıb. Bunu SİA-ya politoloq Elşad Mirbəşiroğlu deyib. O, bu fikirləri Ermənistan sərhədlərinin müdafiəsini Rusiyaya həvalə etməsi haqqında mətbuatda yer alan xəbərə münasibət bildirərkən deyib: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yarandıqdan sonra Rusiya ilə Ermənistan arasında hərbi təhlükəyə qarşı qarşılıqlı yardım haqqında razılaşma əldə olunub. Bu razılaşmadan sonra Ermənistan bu məsələdə çox arxayınlaşıb. Ermənistan dəfələrlə səsləndirib ki, əgər onlara qarşı hər hansı bir hücum olarsa qarşılarında Rusiyanı görəcəklər. Rusiya dəflərlə bildirib ki, Ermənistan onun forpostudur. Hər hansı bir müdaxilə olarsa ona mütləq kömək edəcək".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB