"Toplananların yerini dəyişdikdə cəm dəyişmir"

"Toplananların yerini dəyişdikdə cəm dəyişmir"

"Ermənistan Xarici işlər naziri Raffi Hovanisyanın Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının konfransındakı qalmaqallı çıxışı birmənalı olaraq ona hesablanıb ki, Bakıda özünü qəhrəman kimi göstərsin və daxili auditoriyaya işləyən bəyanatlar versin". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli bildirib.

Onun sözlərinə görə, R.Hovanisyan bu cür sərt mövqe nümayiş etdirməklə özünü qəhrəman kimi qələmə verməyə çalışır: "Hesab edirəm ki, toplananların yerini dəyişdikdə cəm dəyişmir".

Politoloq həmçinin İCAPP forumunun ölkəmiz üçün xüsusi əhəmiyyətinə də toxunub: "Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz çox böyük beynəlxalq layihələrin həyata keçirilməsinə ev sahibliyi edir. Dünya dövlətlərinin təmsilçiləri Bakıda olduqları zamanda erməni təbliğatının nə demək olduğunu aydın ayırd edə bilirlər. Hesab edirəm ki, Azərbaycan imicinin, nüfuzunun artması baxımından İCAPP forumu ölkəmiz üçün qürurverici bir amildir".

Bütün xəbərlər Facebook səhifəmizdə