Baş nazir Rəcəb Tayyib Ərdoğan, Kütahyada "Muhteşem Yüzyıl" serialını tənqid edib. SİA türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan serialda Osmanlı sultanlarının o cür təqdim edilməsindən narazıdır: ''Biz 7 milyardlıq bu dünyada yaşayırıq. Bizim vəzifəmiz nədir çox yaxşı bilirik. İndiki nəsil əcdadlarımızı olduğu kimi yox, televiziya ekranlarında göstərildiyi kimi tanıyır. Bizim elə bir əcdadımız yoxdur. Biz elə Qanuni, elə Sultan Süleyman tanımırıq. Biz ömrünün 30 ilinin at belində keçdiyi Qanunini tanıyırıq. Onların həyatı serialda gördüyünüz kimi sarayda keçməyib. Mən serialın rejissorlarını və televiziya sahiblərini millətimizin qarşısında qınayıram. Bu mövzuda xəbərdarlıq olub, amma mühakimənin lazımi qərar verməsini gözləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB