"Radikal müxalifət hər məsələdən Azərbaycan hakimiyyəti əleyhinə istifadə etmək istəyir"
"Radikal müxalifət hər məsələdən Azərbaycan hakimiyyəti əleyhinə istifadə etmək istəyir. Amma onların bu istəyi nəticə verməyəcək". Bunu SİA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.
Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) yaradılması məsələsinə də toxunan M.Qurbanlı deyib: "RATİ-ni yaradan adamlar dəfələrlə bəyan ediblər ki, bu təşkilatın Azərbaycana aidiyyatı yoxdur. Bu, Rusiyada yaşayan azərbaycanlılarla məşğul olan qurumdur. Üstəlik də RATİ-ni yaradan şəxslər Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəklədiklərini bəyan ediblər. Mənə çox təəccüblüdür ki, bəs bunlar daha nə deməlidirlər ki, Azərbaycan daxilindəki bəzi sensasiya axtaran mətbuat nümayəndələri və siyasət adamları başqa fikir söyləməsinlər? Fakt odur ki, RATİ-nin yaradılması ilə bağlı açıqlamalar verilir, amma müxalifət yenə də onların əvəzinə yozmalarla məşğul olur. Bu, Azərbaycanda radikal müxalifətin tamamilə çökdüyünün əlamətidir".
Həsən Həsənov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB