"Yaxın vaxtlarda torpaqlarımızın işğaldan azad edilməsinin şahidi olacağıq"
"Bu gün Azərbaycan Ordusunun döyüş bölgəsində, təmas xəttində ən müasir silahlar yerləşdirilib". Bunu Tərtərdə – cəbhə xəttində keçirdiyi mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bildirib.
E.Sabiroğlu bildirib ki, Ermənistan silahlı qüvvələrinin təcavüzünün qarşısını almaq önümüzdə duran əsas vəzifələrdəndir: "Bu an uzaqda deyil. Daha dözüm də qalmayıb. Düşünürəm ki, yaxın vaxtlarda torpaqlarımızın işğaldan azad edilməsinin şahidi olacağıq. Azərbaycanda son illər ordu quruculuğu istiqamətində böyük işlər aparılır. Bunun birincisi silahlanmadır. Ən müasir silahlar almışıq və bununla düşmənin istənilən məsafədəki hədəflərini vura bilərik. İkincisi, şəxsi heyətin döyüş ruhunun yüksəldilməsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB