ABŞ Dağlıq Qarabağ nizamlanmasında irəliləyişə nail olmaq üçün Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyi davam etdirəcək. SİA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
Səfirin sözlərinə görə, o, həmçinin danışıqlarda irəliləyişə nail olmaq ümidi ilə ATƏT-in Minsk qrupunun vasitəçiləri və hökumətlərlə işləyəcək: "Biz vasitəçilikdən heç vaxt imtina etməyəcəyik. Çünki sülh Dağlıq Qarabağ münaqişəsi məsələsində yeganə cavabdır", - Morninqstar deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB