Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nizami rayonunun ərazisindəki Heydər Əliyev parkının yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da mərasimdə iştirak edib.
Dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, 1998-ci ildə xalqımızın ulu öndəri Heydər Əliyevin anadan olmasının 75 illik yubileyi münasibətilə salınmış parkın ərazisi 56 min kvadratmetrdir. Burada inşa olunmuş dördmərtəbəli binada kafelər, rəssamlıq, xalçaçılıq və heykəltəraşlıq dərnəkləri, ofislər vardır. Parkda, həmçinin iki kafenin fəaliyyət göstərdiyi üçmərtəbəli bina və yeraltı əyləncə mərkəzi tikilib.
Prezident İlham Əliyev parkda görülmüş işlərdən razılığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB