David Qareci monastırı ilə bağlı razılaşma əldə edilib

David Qareci monastırı ilə bağlı razılaşma əldə edilib

Gürcüstan vətəndaşları və xarici turistlər heç bir maneə olmadan Keşikçi dağda David Qareci monastır kompleksinin ərazisinə buraxılacaqlar. Bu bəyanatla Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şota Utiaşvili çıxış edib. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan prezidentləri arasında razılaşma əsasında iki ölkənin sərhəd xidmətləri arasında görüş keçirilib və müvafiq razılaşma əldə olunub.


Razılaşma iki ölkə arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesi başa çatana kimi qüvvədə olacaq. Gürcüstan tərəfi monastırın Azərbaycan hissəsini ziyarət edəcək vətəndaşlarının Azərbaycan ərazilərinin içərisinə doğru hərəkət etməyəcəyi barədə öhdəlik götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə