Bu gün Beynəlxaq Əqli Mülkiyyət günüdür. SİA-nın xəbərinə görə, Ümumdünya Əqli Mülkiyyət təşkilatı (ÜƏMT) tərəfindən elan edilmiş bu gün Azərbaycanda da artıq 12 ildir ki, qeyd olunur. Məhz bununla əlaqədar bugün tədbir keçirilib. Əsas məqsəd isə cəmiyyətin diqqətini bir daha əqli mülkiyyətin insan kapitalında rolu, yenilikçiliyin və kreativliyin onun stimullaşdırılmasında əhəmiyyətinə yönəltməkdən ibarətdir. Tədbirdə çıxış edən Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov bildirdi ki, ÜDM-də ƏM-ə əsaslanan kreativ sənayenin payının daha da artırılması Azərbaycan hökumətinin prioritet hədəflərindən biridir və irihəcmli investisiya layihələrinin uğurla həyata keçirilməsində bu amilin mühüm rolu həmişə diqqət mərkəzində saxlanılır: "Buna görə də piratçılıqla mübarizənin gücləndirilməsi, rəqəmli mühitdə hüquqların qorunması və idarə edilməsi, təhlillərin aparılması, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və inkişaf proqnozlarının hazırlanmasına kömək məqsədi ilə Nazirlər Kabinetinin 2011-ci il 7 dekabr tarixli 195 nömrəli qərarı ilə Müəllif Hüquqları Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının təminatı mərkəzi yaradılıb". Bununla belə natiq bildirdi ki, agentliyin nəzdində "Qaynar xətt" açılıb, il ərzində ictimai əsaslarla fəaliyyət göstərən "Hüquq məsləhətxanası" yaradılıb: "Müəllif Hüquqları Agentliyi tərəfindən aparılan iqtisadi təhlil nəticəsində müəyyən edilib ki, ölkənin ÜDM-da ƏM əsaslanan sənayenin payı 2005-ci ildəki 2 fazidən 2011-ci ildə 4,5 faizə yüksəlib\".
Qeyd edək ki, Beynəlxalq Əqli Mülkiyyət Günü 2000-ci ilin sentyabrında ÜƏMT-nın Baş Assambleyasının qərarı ilə təsis edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB