Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Qubaya səfər edib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, nazir səfər çərçivəsində Quba və ətraf rayon vətəndaşlarını qəbul edəcək. Qəbulda əsasən şikayətçilərin ərizə və müraciətlərinə baxılacaq və onları narahat edən problemlər öyrəniləcək. Səfərdə eləcə də regional müşavirənin keçirilməsi də nəzərdə tutulub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Quba Olimpiya Kompleksində təşkil edilən cüdo üzrə rayon birinciliyinin mükafatlandırma mərasiminə Füzuli Ələkbərovun qatılacağı gözlənilir.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB